«Xəzər Lənkəran» AZAL üzərində qələbə qazandı
(Oxunub - 740)
Unibank Premyer Liqasının IV turunda “Xəzər Lənkəran” növbəti uğurunu qazandı. Komandamız AZAL klubu ilə qarşılaşmadan qalib çıxdı. Rəqiblərin ikisi də iddialı olduğundan oyun gərgin keçdi: komandaların ikisi də kifayət qədər rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bildilər. Lakin bundan ancaq “Xəzər Lənkəran” yararlandı. Əvəzetmə zamanı meydana çıxan futbolçumuz Elvin Beqiri oyunun ikinci hissəsinə əlavə olunmuş 5 dəqiqə ərzində cərimə zərbəsini yerinə yetirərək topu düz “təyyarəçilərin” qapısına yönəltdi və beləliklə komandamıza və azarkeşlərimizə qol sevincini yaşatdı. AZAL futbolçuları tez bir zamanda bərabərliyi bərpa etməyə çalışdılar lakin həm vaxt məhdudiyyəti, həm də müdafiəçilərimizin etibarlı oyunu rəqibə bunu etməyə imkan vermədi.
“Bu çox çətin oyun idi çünki AZAL yaxşı komandadır”. Bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik oyundan sonra keçirilən mətbuat konfransında deyib: “Ola bilsin ki, oyun heç heçə, 0:0 hesabı ilə bitməli idi, lakin futbol elə oyundur ki, bir dəfə yaranan fürsətdən yetərincə yararlanmaq lazımdır”. Mirça Rednik Bakıya komandamıza dəstək olmaq üçün gələn çoxsaylı Lənkəran azarkeş ordusuna öz minnətdarlığını bildirib. “Bizim üçün indiki mərhələdə 3 xal qazanmaq çox vacib idi”, - məşqçi vurğuladı. O etiraf edib ki, hazırda komandamızda hücumla bağlı müəyyən problemlər var və bunu bu yaxınlarda “Xəzər Lənkərana” transfer edilən hücumçu Uinston Parksın heyətdə hələ təzə olması ilə əsaslandırıb. Bundan başqa Mirça Rednik qeyd edib ki, oyunların gah təbii gah da süni ot örtüyündə keçirilməsi də futbolçular üçün çətinliklər yaradır.
Öz növbəsində AZAL komandasının baş məşqçisi Nazim Süleymanov həmkarı Mirça Redniki qələbə münasibəti ilə təbrik edərək deyib ki “Məğlubiyyət həmişə pis haldır”. O qeyd edib ki, bir anlıq AZAL futbolçuları diqqətsiz oynadılar və buna cavab olaraq topu öz qapılarında gördülər, halbuki oyun 0:0 hesabı ilə yekunlaşa bilərdi.
Kəpəz 1:4 X. LənkəranUnibank Premyer Liqası, 17 turGəncə şəhər stadionu16 dekabr, 14:00
X. Lənkəran 3:0 BakıUnibank Premyer Liqası, 18 turLənkəran şəhər Mərkəzi Stadionu21 dekabr, 16:00
Turan -:- X. LənkəranUnibank Premyer Liqası, 19 turTovuz şəhər stadionu
11 fevral
X. Lənkəran -:- AZALUnibank Premyer Liqası, 20 turLənkəran şəhər Mərkəzi Stadionu
15 fevral
Qəbələ -:- X. LənkəranUnibank Premyer Liqası, 21 turQəbələ şəhər stadionu
21 fevral
| UPL tur oyunlari |
||
| 20 dekabr |
||
| Simurq |
0:2
|
İnter |
| Sumqayıt | 1:0 | Turan |
| Rəvan | 3:1 | AZAL |
| 21 dekabr | ||
| Qəbələ | 0:0 | Qarabağ |
| X. Lənkəran | 3:0 | Bakı |
| Neftçi | 2:0 | Kəpəz |
| Y | Komanda | O | X | |
| 1 | Neftçi | 18 | 37 | |
| 2 | İnter | 18 | 36 | |
| 3 | X.Lənkəran | 18 | 35 | |
| 4 | Qarabağ | 18 | 29 | |
| 5 | Bakı | 18 | 29 | |
| 6 | Qəbələ | 18 | 26 | |
| 7 | AZAL | 18 | 23 | |
| 8 | Rəvan | 18 | 22 | |
| 9 | Simurq | 18 | 19 | |
| 10 | Kəpəz | 18 | 16 | |
| 11 | Sumqayıt | 18 | 15 | |
| 12 | Turan | 18 | 11 |
| Y | Oyunçu | K | Q |
| 1 | Bahodir Nasimov | 11 | |
| 2 | Robertas Poşkus | 8 | |
| 3 | Tales Şutz | 8 | |
| 4 | Flavio Aleks Valensio | 7 | |
| 5 | Uinston Parks | 6 | |
| 6 | Luis Hilario | 6 |




