Ənənə davam edir, ”7” üçün Bakıya
(Oxunub - 707)
Bu həftə Unibank Premyer Liqasında IV turun oyunları keçiriləcək. “Xəzər Lənkəran” avqustun 29-da AZAL-ın qonağı olacaq. Bu meydan sahiblərinin yeni adı altında komandamızla ilk oyunudur. Əvvəl “Olimpik” və “Olimpik-Şüvəlan” adları ilə Premyer Liqada çıxış edən “təyyarəçilər”lə çempionatda 10 dəfə üz-üzə gələn komandamız aşkar üstünlüyə malikdir.
Paytaxt təmsilçisini 4 il qələbəyə həsrət qoyan komandamız yalnız ötən il ilk dəfə bakılılara məğlub oldu. Bu yeganə uğursuzluğun qarşılığında “Xəzər Lənkəran” 6 dəfə meydandan 3 xalla ayrılıb. Komandamız Bakıya 7-ci qələbə dalınca yollanıb.
Komandaların oyunları ilə bağlı maraqlı bir ənənə müşahidə olunur. Nə qədər maraqlı olsa da artıq 6-cı mövsümdür ki, birinci dövrədəki oyun Bakıda keçirilir. İkinci dövrədə isə AZAL komandamızın qonağı olur. Paytaxtdakı qarşılaşmalarla bağlı o da maraqlıdır ki, son 4 görüş komandalardan heç biri birdən artıq top fərqilə qalib gəlmir: ya heç-heçə olur, ya da minimal fərqli qələbə qeydə alınır.
Bu dəfəki kimi avqust ayına təsadüf edən yeganə qarşılaşma isə 5 il əvvəl baş tutub. Həmin – komandalar arasındakı ilk görüşdə futbolçularımız iki cavabsız qolla meydan sahiblərini məğlub ediblər.
AZAL-la çempionatdakı bütün oyunlar
mövsüm tarix Oyun hesab
2005/06 12.08.2005 “Olimpik” – “Xəzər Lənkəran” 0:2
12.02.2006 “Xəzər Lənkəran” - “Olimpik” 1:0
2006/07 17.09.2006 “Olimpik” – “Xəzər Lənkəran” 1:2
27.04.2007 “Xəzər Lənkəran” - “Olimpik” 3:2
2007/08 25.11.2007 “Olimpik” – “Xəzər Lənkəran” 0:0
17.05.2008 “Xəzər Lənkəran” - “Olimpik” 0:0
2008/09 20.09.2008 “Olimpik” – “Xəzər Lənkəran” 0:1
14.03.2009 “Xəzər Lənkəran” - “Olimpik” 0:0
2009/10 21.10.2009 “Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran” 1:0
10.12.2009 “Xəzər Lənkəran” - “Olimpik-Şüvəlan” 2:1
AZAL-la oyunların balansı
O Q H M TOP
Evdə 5 3 2 0 6-3
Səfərdə 5 3 1 1 5-2
Cəmi 10 6 3 1 11-5
Kəpəz 1:4 X. LənkəranUnibank Premyer Liqası, 17 turGəncə şəhər stadionu16 dekabr, 14:00
X. Lənkəran 3:0 BakıUnibank Premyer Liqası, 18 turLənkəran şəhər Mərkəzi Stadionu21 dekabr, 16:00
Turan -:- X. LənkəranUnibank Premyer Liqası, 19 turTovuz şəhər stadionu
11 fevral
X. Lənkəran -:- AZALUnibank Premyer Liqası, 20 turLənkəran şəhər Mərkəzi Stadionu
15 fevral
Qəbələ -:- X. LənkəranUnibank Premyer Liqası, 21 turQəbələ şəhər stadionu
21 fevral
| UPL tur oyunlari |
||
| 20 dekabr |
||
| Simurq |
0:2
|
İnter |
| Sumqayıt | 1:0 | Turan |
| Rəvan | 3:1 | AZAL |
| 21 dekabr | ||
| Qəbələ | 0:0 | Qarabağ |
| X. Lənkəran | 3:0 | Bakı |
| Neftçi | 2:0 | Kəpəz |
| Y | Komanda | O | X | |
| 1 | Neftçi | 18 | 37 | |
| 2 | İnter | 18 | 36 | |
| 3 | X.Lənkəran | 18 | 35 | |
| 4 | Qarabağ | 18 | 29 | |
| 5 | Bakı | 18 | 29 | |
| 6 | Qəbələ | 18 | 26 | |
| 7 | AZAL | 18 | 23 | |
| 8 | Rəvan | 18 | 22 | |
| 9 | Simurq | 18 | 19 | |
| 10 | Kəpəz | 18 | 16 | |
| 11 | Sumqayıt | 18 | 15 | |
| 12 | Turan | 18 | 11 |
| Y | Oyunçu | K | Q |
| 1 | Bahodir Nasimov | 11 | |
| 2 | Robertas Poşkus | 8 | |
| 3 | Tales Şutz | 8 | |
| 4 | Flavio Aleks Valensio | 7 | |
| 5 | Uinston Parks | 6 | |
| 6 | Luis Hilario | 6 |




