”Xəzər Lənkəran”ın oyunçusu Azərbaycan futbolunun tarixinə düşdü
(Oxunub - 856)
Unibank Premyer Liqasının III turu “Xəzər Lənkəran”ın daha 3 futbolçusu üçün əlamətdar olub. Belə ki, həmin oyunçular karyeralarında ilk dəfə klubumuzun formasını geyiblər. “İnter”lə qarşılaşmada start heyətində meydana çıxan Adrian İordake, sonradan mübarizəyə atılan Uinston Parksla Asif Məmmədov “Xəzər Lənkəran”da debütlarını gerçəkləşdiriblər.
Onlar komandamızın tarixi ərzində formasını geyənlərin ümumi sayını 111-ə çatdırıblar. İordake və Parksın sayəsində legionerlərin sayı da artıb. Bu matçadək 60 gəlməyə güvənən “Xəzər Lənkəran”in tarixində artıq 62 əcnəbi var.
Rumıniyalı İordake klubumuzdakı həmvətənlərinin sayını 9-a çatdırıb. Bu isə o deməkdir ki, Türkiyənin tariximizdəki vahid liderliyinə son qoyulub. Artıq adıçəkilən hər iki ölkə eyni sayda təmsilçisi ilə zirvədə qərarlaşıblar
Parks isə təkcə “Xəzər Lənkəran”ın deyil, bütün Azərbaycan futbolunun tarixinə düşüb. O, meydana çıxmaqla ölkəmizdə çıxış edən ilk kosta-rikalı olub. Onun vətəni “Xəzər Lənkəran”da təmsil olunan 24-cü ölkə kimi tarixə düşüb: Türkiyə, Rumıniya – hərəyə 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Portuqaliya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika – hərəsi 1.
Xatırladaq ki, Premyer Liqanın ilk iki turunda daha 5 futbolçu komandamızda debüt etmişdi. Stelian Stanku, Dieqo Ruiz və Tural Cəlilovun debütü I, Katalin Doman və Konstantin Arbanasın ilk oyunu II tura təsadüf edib.
Kəpəz 1:4 X. LənkəranUnibank Premyer Liqası, 17 turGəncə şəhər stadionu16 dekabr, 14:00
X. Lənkəran 3:0 BakıUnibank Premyer Liqası, 18 turLənkəran şəhər Mərkəzi Stadionu21 dekabr, 16:00
Turan -:- X. LənkəranUnibank Premyer Liqası, 19 turTovuz şəhər stadionu
11 fevral
X. Lənkəran -:- AZALUnibank Premyer Liqası, 20 turLənkəran şəhər Mərkəzi Stadionu
15 fevral
Qəbələ -:- X. LənkəranUnibank Premyer Liqası, 21 turQəbələ şəhər stadionu
21 fevral
| UPL tur oyunlari |
||
| 20 dekabr |
||
| Simurq |
0:2
|
İnter |
| Sumqayıt | 1:0 | Turan |
| Rəvan | 3:1 | AZAL |
| 21 dekabr | ||
| Qəbələ | 0:0 | Qarabağ |
| X. Lənkəran | 3:0 | Bakı |
| Neftçi | 2:0 | Kəpəz |
| Y | Komanda | O | X | |
| 1 | Neftçi | 18 | 37 | |
| 2 | İnter | 18 | 36 | |
| 3 | X.Lənkəran | 18 | 35 | |
| 4 | Qarabağ | 18 | 29 | |
| 5 | Bakı | 18 | 29 | |
| 6 | Qəbələ | 18 | 26 | |
| 7 | AZAL | 18 | 23 | |
| 8 | Rəvan | 18 | 22 | |
| 9 | Simurq | 18 | 19 | |
| 10 | Kəpəz | 18 | 16 | |
| 11 | Sumqayıt | 18 | 15 | |
| 12 | Turan | 18 | 11 |
| Y | Oyunçu | K | Q |
| 1 | Bahodir Nasimov | 11 | |
| 2 | Robertas Poşkus | 8 | |
| 3 | Tales Şutz | 8 | |
| 4 | Flavio Aleks Valensio | 7 | |
| 5 | Uinston Parks | 6 | |
| 6 | Luis Hilario | 6 |




