Axtarış
Video
 
Fotoreportaj
 
Rəsmi himn
 


Prinsiplərimiz
Sorğu
 
Sizcə bu mövsümün ən uğurlu transferi kimdir?

Rikardo Qomeş (13)

Branimir Subaşiç (18)

Deyan Rusiç (6)

Antonio Semedo (37)

Eder Bonfim (15)

Mario Rosas (12)


e-mail Forgot password?




RSS
   
 AZ             RU             EN


PalHaber

Netty Winner 2010
"Xəzər Lənkəran" qış təlim-məşq toplanışını davam etdirir.

”Xəzər Lənkəran” – ”İnter” oyununda hesab açılmadı

(Oxunub - 800)
Unibank Premyer liqası çempionatı çərçivəsində bu gün keçirilən “XəzərLənkəran” – “İnter” oyunu heç heçə, 0-0 hesabı ilə bitib. Oyun gərgin şəraitdə keçib, və hər iki komanda əzmkarlıq nümayiş etdiriblər. Qeyd etmək lazımdir ki, ilk hissədə hakim Fariz Yusifov komandamıza qarşı qərəzli mövqe tutaraq bir neçə ədalətsiz qərarlar qəbul edib. Buna baxmayaraq həmin hissənin sonunda futbolçularımıızın hücumları ara vermirdi lakin bütün cəhdlər boşa çıxıb. Rəqib də ikinci hissədə kifayət qədər fəallaşdı ancaq lənkəranlıların müdafiəçiləri qonaqlara qol sevincini yaşamağa imkan verməyiblər.
“Bu stadionda oynamaqdan məmnunuq, lənkəran azarkeşləri çox ədalətlidirlər. Yeganə problem ot örtüyünün pis vəziyyətdə omasıdır”. Bu sözləri oyundan sonrkı mətbuat konfransında “İnter” komandasının baş məşqçisi Kaxaber Tsxadadze deyib. Onun sözlərinə görə o, “Xəzər lənkəran”ın taktikasını yaxşı öyrənib. Kaxaber Tsxadadze qeyd edib ki, “Xəzər Lənkəran son vaxtlar taktikasını dəyişib və güc futboluna üstünlük verir. “Bunu nəzərə alaraq biz də taktikamızl dəyişdik. “İnter” qısa ötürmələrlə oynayır, ancaq ot örtüyünün pis olduğuna görə belə oyun bizdə alınmadı. Buna baxmayaraq mən futbolçularımızdan razı qaldım çünki onlar iki günə yeni taktikaya uyğunlaşa bidilər və yaxşı oyun göstərə bildilər”, - Tsxadadze deyib.
Öz növbəsində “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik də futbolçularımızın oyunundan razı qaldığını bildirib. “Deyə bilərəm ki, bu oyunun nəticələrindən mən çox da xoşbəxt deyiləm. Komandamız yaxşı oynadı, lakin hesabı açmağa bizə qismət olmadı. Buna səbəb həmçinin meydançanın ot örtüyünün pis vəziyyətdə olmasıdır”, - Mirça Rednik deyib. O vurğulayıb ki, komandamıza yeni oyunçular gəlməkdə davam edirlər və onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. “Bir daha “Xəzər Lənkəran”ın azarkeşlərinə minətdarlığımı bildirmək istəyirəm. Başa düşürəm ki, onlar bizdən nəticə gözləyirdilər, lakin biz əlimizdən gələni etdik.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.